...

Moldova avtoritar rejimə qayıdır – Demokratik partiyanın lideri

Siyasət Materials 10 Aprel 2009 08:49 (UTC +04:00)
Moldova avtoritar rejimə qayıdır – Demokratik partiyanın lideri

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir Y.Оstapenko /

"Moldova rəhbərliyi müxalifətin çıxışlarını dağıtmalar üçün istifadə edib və bu, ölkədə demokratiyaya son qoyularaq avtoritar rejimə qayıtmaqdır", - Moldova Demokratik partiyanın lideri Oazu Nantoy hesab edir.

"Hökumətin dağınıq reaksiyadan vandalizm aksiyasını təşkil etmək üçün yararlanması, bizim demokratiyanın tənəzzülü istiqamətində növbəti addım atmağımız deməkdir", - Trend -a Nantoy telefonla Kişinyovdan bildirib.

Bazar günü keçirilən seçkilərin yekunları ilə bağlı Moldova müxalifəti səslərin 50-dən çoxunu toplayan hakim kommunist partiyasına qarşı etiraz aksiyası təşkil edib. Müxalifət saxtalaşdırmalar haqda bəyanatlar verir, amma beynəlxalq müşahidəçilər ciddi pozuntular görməyib və seçkilərin legitimliyini elan edib. Etirazlar çərşənbə axşamı Kişinyovda kütləvi iğtişaşlara çevrilib. Parlament binası və prezidentin iqamətgahı dağıdılıb, 270-dən çox adam yaralanıb.

"Saxtalaşdırmalar seçkilərin rəsmən keçirilməsindən xeyli əvvəl həyata keçirilib", - Nantoy hesab edir. Onun fikrincə, ən azından üç il ərzində Moldova Respublikasında hüquqi dövlət və siyasi demokratiya normalarının davamlı olaraq aradan qaldırılması baş verir. "ATƏT-in müşahidəçiləri heç bir pozuntu görməyibsə, bu onların özü üçün pisdir", - Moldova prezidentinin sabiq müşaviri Nantoy hesab edir.

Hakim kommunist partiyası son hadisələri demokratiyaya qarşı addım sayır, amma günahı müxalifətdə görür.

"Dünən (8 aprel) bütün siyasətçilərimiz demokratiyamız üzərində silinməz ləkə kimi qalacaq", - RİA Novosti-yə müsahibəsində Moldova Prezidenti, kommunist partiyasının rəhbəri Vladimir Voronin deyib.

"İlk dəfə bütün moldovan xalqı (demək olar ki, canlı yayımda) parlament və prezident administrasiyasının üstündəki dövlət bayraqlarının əvəzinə Rumıniya bayraqlarını görüncə, öz müstəqilliyinin ən böyük alçaldılması faktının şahidi oldu", - Voronin bildirib. Onun sözlərinə görə, ilk dəfə moldovan xalqı öz gözü ilə gördü ki, müxalifət "vətəndaş müharibəsi yaratmaq istəyi yoluna düşməklə öz xalqını açıq şəkildə satıb".

"Bütün ölkə gördü ki, Moldovada anti-kommunist, anti-voronin müxalifəti yoxdur, - Voronin deyib. - Moldovada yalnız anti-dövlət müxalifəti var".

Müxalifətin aksiyası zamanı bir çox nümayişçilər əllərində Rumıniya bayraqları tutub və Moldovanın Rumıniyaya birləşdirilməsini tələb edib. Bununla yanaşı, prezidentin iqamətgahında dağıntılar törədən şəxslər binanın girişində Rumıniya bayrağını asıb.

Moldova rəhbərliyi Kişinyovdakı kütləvi iqtişaşlardan sonra Rumıniyanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib və cümə axşamından etibarən bu ölkə ilə viza rejiminin tətbiq olunmasına qərar verib. Bununla yanaşı, Rumıniyanın ölkədəki səfiri persona-non-qrata elan edilib.

Ancaq Nantoy hesab edir ki, hakimiyyət Rumıniyanı nəzərləri öz üzərindən çəkmək üçün istifadə edir.

"Hər bir avtoritar rejimin daxili və xarici düşmənə ehtiyacı var, - Kişinyov İctimai Siyasət İnstitutunun proqramlar direktoru olan Nantoy deyib. - Voronin rejimi Rumıniyanı özünün ölkə daxilində həyata keçirdiyi antidemokratik fəaliyyətinə haqq qazandırmaq üçün istifadə edir".

Prezident Voronin ölkədaxili durumu sabitləşdirmək üçün qərb strukturlarına müraciət edib.

Ancaq Qərb, Nantoyun fikrincə, Moldovanın daxili işlərinə qarışmayacaq, seçkilərin ləğv edilməsini və onların beynəlxalq nəzarət altında keçirilməsini tələb etməyəcək. "Qərb Moldovadakı demokratik azadlıqlarının qarşısının alınmasına etinasız yanaşdığı kimi, Avropa da sülhsevər "Uşaqlar, gəlin mehriban olaq!" fikri ilə məhdudlaşacaq", - Demokratik partiyanın lideri hesab edir.

Moldova Respublikası keçmiş SSRİ ölkələri arasında kommunist partiyasının hakim olduğu yeganə dövlətdir. Bu partiya 2001-ci ildən hakimiyyətdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti