...

Gürcüstan GUAM PA-nı qəbul edəcək

Siyasət Materials 7 Noyabr 2009 14:14 (UTC +04:00)
Gürcüstanda 8-11 noyabrda GUAM-ın Parlament Assambleyasının IV iclası keçiriləcək.
Gürcüstan GUAM PA-nı qəbul edəcək

Gürcüstan, Tbilisi, 06 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda 8-11 noyabrda GUAM-ın Parlament Assambleyasının IV iclası keçiriləcək. Gürcüstan Parlamentindən Trend -a verilən məlumata görə, görüş Tbilisinin "Şeraton Metexi Palas" otelində keçiriləcək.

Noyabrın 9-da Baltiya Assambleyasının nümayəndə heyətləri və ekspertlərinin iştirakı ilə GUAM PA-nın geniş iclası açılacaq.

Noyabrın 10-da yekun sənədlərin qəbulu və birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

GUAM 1997-ci ilin oktyabr ayında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (1999-2005-ci illərdə Özbəkistan da təşkilata daxil olub) tərəfindən yaradılmış regional təşkilatdır. Təşkilatın adı buraya daxil olan ölkələrin baş hərfindən yaranıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti