Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Bakının iki rayonunun prokuroru tutduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə axşamı Trend-ə bildirib ki, Bakının Nərimanov rayon prokuroru Dürhəsən İmanov və Qaradağ rayon prokuroru Tariyel Qurbanov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.