...

Azərbaycanın müdafiə naziri Macarıstanın ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 8 İyul 2010 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev cümə axşamı Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu qəbul edib, - məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Müdafiə naziri səfirlik müddətini bitirən diplomata ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq məsələlərinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.

Görüşdə regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti