...

Azərbaycanın Gəncə şəhərində hərbiçilərin 79 faizi səsvermədə iştirak edib

Siyasət Materials 7 Noyabr 2010 15:49 (UTC +04:00)
Saat 15:00-a olan məlumata görə, Azərbaycanın Gəncə şəhərində hərbi hissələrdə olan seçicilərin 79,02 faizi səsvermədə iştirak edib.
Azərbaycanın Gəncə şəhərində hərbiçilərin 79 faizi səsvermədə iştirak edib

Azərbaycan, Gəncə, 7 noyabr /Trend, müxbir V. Məmmədov/

Saat 15:00-a olan məlumata görə, Azərbaycanın Gəncə şəhərində hərbi hissələrdə olan seçicilərin 79,02 faizi səsvermədə iştirak edib.

Bu barədə Trend-ə Gəncədə olan 37 və 39 saylı Dairə Seçki Komissiyalarından (DSK) məlumat verilib.

Məlumatda bildirilir ki, Gəncədə bu DSK-lar üzrə 6 hərbi hissədə 6 seçki məntəqəsi yaradılıb. Bu məntəqlərdə hərbi xidmətdə olan 6 min 154 hərbiçidən saat 15:00-a kimi 4 min 863 nəfəri səsvermədə iştirak edib.

Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd DSK var.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri mojaritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Səsvermə yerli vaxtla 19:00-da başa çatacaq.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti