...

Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq körpü" buraxılış məntəqəsinin fəaliyyəti tam bərpa olunub

Siyasət Materials 18 Avqust 2011 11:05 (UTC +04:00)
"Sınıq körpü" sərhəd buraxılış məntəqəsinin fəaliyyəti tam bərpa olunub
Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq körpü" buraxılış məntəqəsinin fəaliyyəti tam bərpa olunub

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Gürcüstanla sərhəd olan "Sınıq körpü" buraxılış məntəqəsinin fəaliyyəti tam bərpa olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.

DSX-nin rəisi buraxılış məntəqəsdinin fəaliyyətində son iki gündə yaranan problemi gömrük xidmətinin işi ilə bağlı olmadığını bildirib.

Onun sözlərinə görə, problem Tovuz rayonunda aparılan qazma işləri zamanı buraxılş məntəqəsində gömrük xidmətinin təmin edən kabellərin sıradan çıxması səbəbindən yaranmışdı.

"Bu problem aradan qaldırılıb. Deyə bilərəm ki, buraxılış məntəqəsi normal fəaliyyət göstərir", DSX-nin rəisi bildirib.

Xəbər lenti

Xəbər lenti