...

Prezident İlham Əliyev Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 5 Sentyabr 2011 21:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilir. Binəqədi qəsəbəsində də bu işlər sürətlə gedir. Binəqədi qəsəbəsində əsaslı təmir olunmuş daxili yolların sxemi əsasında Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, bu qəsəbədə 16 kilometr, ümumilikdə 80 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib.

Qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi qəsəbəsində küçələrin işıqlandırma sistemi də tamamilə yenidən qurulub, qəsəbədaxili küçələrdə 100-dən çox xaricdən gətirilmiş yeni işıq dirəkləri quraşdırılıb.

Görülən işlərlə tanış olan dövlət başçısı kənd sakinləri ilə görüşüb söhbət etdi. Binəqədi qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən sakinlər dövlət başçısına arzu və istəklərini çatdırdılar.

Xəbər lenti

Xəbər lenti