...

Azərbaycan parlamentinin deputatı Bolqarıstanda keçirilən şeçkiləri müşahidə missiyasında iştirak edir

Siyasət Materials 23 Oktyabr 2011 15:39 (UTC +04:00)
Bu gün Bolqarıstanda prezident, vitse- prezident və bələdiyyə seçkiləri keçirilir. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın da daxil olduğu AŞPA –nın seçkiləri müşahidə missiyasının üzvləri Bolqarıstanın müxtəlif bölgələrində seçkiliər prosesini izləyirlər.
Azərbaycan parlamentinin deputatı Bolqarıstanda keçirilən şeçkiləri müşahidə missiyasında iştirak edir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Bu gün Bolqarıstanda prezident, vitse- prezident və bələdiyyə seçkiləri keçirilir. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın da daxil olduğu AŞPA -nın seçkiləri müşahidə missiyasının üzvləri Bolqarıstanın müxtəlif bölgələrində seçkiliər prosesini izləyirlər.

Onlar demokratik seçki qaydalarına necə riayət edilməsinə, ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunması və. s məsələri müşahidə etmək üçün bütün günü ayrı-ayrı məntəqələrdə seçki prosesini müşahidə edəcəklər. Bu gün səhər saat 6.00- da başlayan səsvermə prosesi axşam saat 19.00 başa çatacaq. Bundan sonra isə səslərin sayılması prosesi başlayacaq.

Millət vəkili Qənirə Paşayeva seçkilər prosesini paytaxt Sofiyanın seçki məntəqələrində izləyir.

AŞPA-nın Bolqarıstanda seçkiləri müşahidə missiyasının üzvləri sabah seçkilərlə bağlı ilkin açıqlama ilə çıxış edəcəklər. Artıq 4 gündür ki, bu ölkədə olan AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri bu günə qədər ATƏT-in Bolqarıstandakı müşahidə missiyasının, həmçinin bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə, Bolqarıstan MSK-nın sədri və Ali İnzibati Məhkəməsinin Baş katibi ilə görüşlər keçiriblər. Onlar prezidentliyə namizədlər və onların nümayəndələri, media mənsubları, QHT təmsilçiləri ilə də görüşəcək, seçkilərlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Bolqarıstanda prezidentlik uğrunda 21 nəfər mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti