...

ATƏT-in Bakı Ofisi Azərbaycan polisi üçün təlimlərə başlayıb

Siyasət Materials 16 Aprel 2012 16:16 (UTC +04:00)
ATƏT-in Bakı ofisi Azərbaycan polisi və daxili qoşunları üçün ictimai mitinqlərin idarə olunması ilə bağlı iki həftəlik təlimlərə başlayıb.
ATƏT-in Bakı Ofisi Azərbaycan polisi üçün təlimlərə başlayıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Bakı Ofisi Azərbaycan polisi və daxili qoşunları üçün ictimai mitinqlərin idarə olunması ilə bağlı iki həftəlik təlimlərə başlayıb.

Trend ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, Almaniyadan gəlmiş polis təlimçiləri ictimai toplantıları ATƏT qarşısında götürülən öhdəlikllər və beynəlxalq standartlara uyğun şəkildə idarə etmək sahəsində öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər.

Təlim kursu ictimai toplantılar zamanı ictimai asayişin və təhlükəsizliyin, insan şərəf və ləyaqətinin qorunmasında polisin rolu və s. məsələlərdən bəhs edəcək.

Xəbər lenti

Xəbər lenti