...

BƏƏ-nin Füceyra Əmirliyinin şahzadəsi Azərbaycan Prezidenti ilə görüşüb

Siyasət Materials 29 İyun 2012 19:06 (UTC +04:00)
Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizə gələn Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi iyunun 29-da Prezident İlham Əliyev ilə görüşüb.
BƏƏ-nin Füceyra Əmirliyinin şahzadəsi Azərbaycan Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizə gələn Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi cümə günü Prezident İlham Əliyev ilə görüşüb.

Görüşdə Birləşmiş Ərəb Əmirlikləri və Fuceyra Əmirliyi ilə Azərbaycan arasında inkişaf edən əlaqələrin məmnunluq doğurduğu bildirildi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstəyin əhəmiyyəti vurğulandı. Qarşılıqlı səfərlərin mövcud əlaqələri daha da genişləndirəcəyinə əminlik ifadə edildi.

Xəbər lenti

Xəbər lenti