...

Suriya XİN rəhbəri təyyarənin yubanmasına görə BMT baş katibi ilə görüşü buraxıb

Siyasət Materials 21 Yanvar 2014 20:30 (UTC +04:00)
Suriyanın xarici işlər naziri Vəlid Müəllim göyərtəsində Dəməşq nümayəndə heyətinin olduğu təyyarənin Afina hava limanında yubanması səbəbindən BMT-nin baş katibi Pan Gi Munla görüşü buraxmalı olub.
Suriya XİN rəhbəri təyyarənin yubanmasına görə BMT baş katibi ilə görüşü buraxıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Suriyanın xarici işlər naziri Vəlid Müəllim göyərtəsində Dəməşq nümayəndə heyətinin olduğu təyyarənin Afina hava limanında yubanması səbəbindən BMT-nin baş katibi Pan Gi Munla görüşü buraxmalı olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, görüş "Ceneverə-2" beynəlxalq konfransı ərəfəsində İsveçrənin Montrö şəhərində yanvarın 21-nə təyin edilmişdi.

Məlumata görə, təyyarənin əlavə yanacaq doldurma ilə bağlı problemi olduğuna görə müvəqqəti olaraq Afina aeroportuna eniş edib. Təyyarə İsveçrəyə uçmamışdan öncə aeroportda 4 saat vaxt itirib.

Yunanıstanın rəsmi şəxsləri gecikməyə görə Suriya nümayəndə heyətindən üzr istəyiblər.

Qeyd edək ki, bəzi KİV-lər Yunanıstanın Suriya nümayəndə heyətinin təyyarəsinin Afinada yanacaq doldurmasına icazə verməməsi barədə xəbərlər yaymışdılar. Yunanıstan XİN bu məlumatı rəsmən təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti