Azərbaycan, Bakı, 26 may / Trend /
Mayın 22-də Azərbaycan Respublikasının AFR-dəki səfirliyində Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümü münasibətilə qəbul keçirilib.
Trend Azərbaycanın AFR-dəki səfirliyinə istinadən məlumat verir ki, tədbirə Almaniyanın ictimai-siyasi həyatının, elmi və mədəni dairələrinin, AFR XİN-in, Bundestaqın, xarici diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələrindən ibarət təxminən 450 nəfər qonaq qatılıb.
Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov salamlama nitqi ilə çıxış edib.
Səfir Pərviz Şahbazov hazırda regionda tam müstəqil xarici siyasət yürüdən ölkəmizin uğurlarından, beynəlxalq arenada artan rolundan, Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafından, eləcə də Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Daha sonra tədbir iştirakçıları ziyafətə dəvət olunublar.