...

İlham Əliyev Əfqanıstan Prezidentini təbrik edib

Siyasət Materials 18 Avqust 2015 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini Əfqanıstanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.
İlham Əliyev Əfqanıstan Prezidentini təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini Əfqanıstanın milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Əfqanıstan İslam Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin qorunub saxlanması və daha da möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti