...

Ceyms Uorlik: Dağlıq Qarabağın yekun statusu işğal olunmuş torpaqların Azərbaycana qaytarılması kontekstində müəyyən olunacaq

Siyasət Materials 10 May 2016 14:19 (UTC +04:00)
Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir.
Ceyms Uorlik: Dağlıq Qarabağın yekun statusu işğal olunmuş torpaqların Azərbaycana qaytarılması kontekstində müəyyən olunacaq

Bakı. Trend:

Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir. Bunu Trend-ə ATƏT-in Minsk qrpunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıya bilməsi məsələsinə münasibət bildirərkən deyib.

C.Uorlik deyib: "Hec bir ölkə Dağlıq Qarabağı tanımır. Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri danışıqlar masası arxasına oturmağa çağırmağa davam edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti