...

İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının konfransının bəyanatı qəbul edildi

Siyasət Materials 3 Oktyabr 2016 13:02 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının Bakıda keçirilən konfransının bəyanatı qəbul edilib.
İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının konfransının bəyanatı qəbul edildi

Bakı. Elçin Mehdiyev – Trend:

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının Bakıda keçirilən konfransının bəyanatı qəbul edilib.

Trend-in məlumatına görə, bəyanatda qeyd edilir ki, İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri narahatlıq doğurur:

“Biz jurnalistlər təəssüflə qeyd edirik ki, qərbin islamafob dairələri, onların idarə etdiyi transmilli KİV-lər və təşkilatlar müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Buna görə də beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və İslam dini haqqında yanlış təsəvvür yaranır. Beləliklə, İslam terrorla eyniləşdirilir, hər bir müsəlman isə potensial terrorçu obrazında təqdim olunur. Yaranmış vəziyyət müsəlman ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılmasının, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi informasiya sahəsində də qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirib”.

Bəyanatda nəzərə çatdırılıb ki, 2012-ci ildə Qabonun paytaxtı Librevil şəhərində İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlıqğın gücləndirilməsi məqsədilə qərar qəbul edilib:

"2014-cü il dekabrın 3-də Tehranda keçirilən növbəti toplantısına İƏT-ə üzv ölkələrin Jurnalistlər Assosiasiyasının yaradılması barədə təkliflər səsləndirilib və bu müsbət qarşılanıb. Biz 2016-cı il oktyabrın 3-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən konfrasın iştirakçıları İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının yaradılmasını dəstəklədiyimizi bəyan edirik. Bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazilərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasına, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransının təşkili üçün İƏT katibliyindən müvafiq tədbirlərin görülməsini xahiş edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti