...

MN: "Super Muşak" təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq

Siyasət Materials 28 İyul 2017 13:17 (UTC +04:00)
“Super Muşak” təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq.
MN: "Super Muşak" təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq

Bakı. Trend:

“Super Muşak” təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşündə bildirilib.

Ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.

Görüşdə eyni zamanda, hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.

Sonra səfir Azərbaycanda fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Yaqub Çaudrini müdafiə nazirinə təqdim edib.

General-polkovnik Z.Həsənov Azərbaycanda fəaliyyət müddətində ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə polkovnik S.İ.Əliyə təşəkkürünü bildirib, ona gələcək işlərində uğurlar arzulayıb.

Yeni hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrin Silahlı Qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Pakistandan HHQ üçün 10 "Super Mushshak" təlim-məşq təyyarəsi alıb. Təyyarələrin alınması ilə əlaqədər Azərbaycanda baş tutan imzalanma mərasimində Pakistan aviasiya Marşalı Arşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov iştirak ediblər. Saziş həmçinin, təlimin keçirilməsini və texniki yardım göstərilməsini nəzərdə tutur. Bu tipli təyyarə artıq Türkiyə, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti