...

Fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu üçün TƏKLİFLƏR hazırlanır

Siyasət Materials 15 Dekabr 2017 12:11 (UTC +04:00)
Təhsil Nazirliyi beynəlxalq fənn olimpiada qaliblərinin ali məktəblərin dövlət sifarişli ixtisaslarına müsabiqədənkənar qəbul olunması üçün təkliflər hazırlayıb.
Fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu üçün TƏKLİFLƏR hazırlanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi beynəlxalq fənn olimpiada qaliblərinin ali məktəblərin dövlət sifarişli ixtisaslarına müsabiqədənkənar qəbul olunması üçün təkliflər hazırlayıb.

Trend -in məlumatına görə, bunu Azərbaycanın gənc alimlərinin I qurultayında Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu təkliflər yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq.

C.Bayramov əlavə edib ki, bu, gənclərin fundamental elmlərə olan marağını daha da artıracaq.

C.Bayramov qeyd edib ki, dövlət istedadlı gənclərin aşkarlanması üçün tədbirlər həyata keçirir:

"Hazırda məktəblərdə kiçik akademiyalar fəaliyyət göstərir. Bu akademiyalar şagirdləri məktəb illərində elmi tədqiqatlar aparmağa sövq edir ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti