...

Sevil Mikayılova: Bütün dövlətlər bu gün Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar (VİDEO)

Siyasət Materials 22 May 2020 15:02 (UTC +04:00)
Sevil Mikayılova: Bütün dövlətlər bu gün Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar (VİDEO)

Bakı. Afaq Rza - Trend:

Azərbaycan dünyanın siyasi xəritəsində 20-ci əsrdə müstəqil ölkə kimi öz yerini tapdıqdan sonra çox düzgün, milli maraqlara söykənən, dövlətçiliyin qorunmasını dəstəkləyən siyasət həyata keçirməyə başlayıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Dünya TV-nin "Aktual" verilişində Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı mövzusuna münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Bu siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan dövləti dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənir və birmənalı şəkildə ən etibarlı tərəfdaş kimi qəbul olunur. İlk olaraq dövlətimiz suveren ölkə kimi BMT-yə daxil oldu. Azərbaycan dövləti tərəfindən aparılan və düzgün siyasi çərçivəyə yerləşdirilmiş, milli maraqlara söykənən, həmçinin təməl prinsiplərində ərazi bütövlüyümüzü ehtiva edən siyasətimiz bu gün göz qabağındadır".

Həmin verilişi təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti