...

AMEA-nın müxbir üzvü: Ermənilərin təxribatları xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilmir

Siyasət Materials 8 Oktyabr 2020 12:43 (UTC +04:00)
AMEA-nın müxbir üzvü: Ermənilərin təxribatları xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilmir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilərin təxribatları xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilmir. Azərbaycan Ordusu qarış-qarış torpaqlarımızı azad etməkdə davam edir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə sentyabrın 27-dən 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxıb.

Alim əlavə edib ki, Azərbaycan Ordusunun uğurları qarşısında duruş gətirə bilməyən Ermənistan əsgərləri qaçmağa başlayıb, Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi isə təxribata əl ataraq dinc Azərbaycan əhalisini, enerji xətlərini hədəf seçərək xalqımız içərisində çaşqınlıq yaratmağa çalışır. Lakin bu, heç zaman mümkün olmayacaq".

Ermənistanın mülki vətəndaşları və sosial, strateji obyektləri atəşə tutmasını hərbi cinayət adlandıran V.Baxşəliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətini pisləyən 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul edərək Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edib. Lakin işğalçı Ermənistan BMT-nin icra aparatının olmamasından istifadə edərək nəinki torpaqlarımızı tərk etmədi, hətta erməniləri orada məskunlaşdırmağa başladı:

"Avropadakı havadarlarına güvənən Ermənistan qəsdən danışıqlar prosesini uzadaraq bu torpaqları sahiblənməyə çalışıb. Bu münaqişəni nizamlamaq üçün yaradılan ATƏT-in Minsk qrupu isə fəaliyyətsiz və ikiüzlü mövqe tutaraq bu münaqişəni dondurmağa çalışıb. Son illər hakimiyyətə keçən Ermənistanın baş naziri Nikol Paşinyanın həyasızcasına söylədiyi “Dağlıq Qarabağ Ermənistandır” şüarı xalqımızın səbr kasasını daşırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti