...

Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır - Lavrov

Siyasət Materials 26 Yanvar 2021 14:12 (UTC +04:00)
Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır - Lavrov

Bakı. Orxan Nəbiyev - Trend:

Moskva və Tehran bir sıra regional məsələlər, o cümlədən Dağlıq Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı deyib.

Nazir deyib: "Ölkələrimizin bizi əhatə edən regionda rolu nəzərə alınaraq, biz Fars körfəzində təhlükəsizlik, Əfqanıstan tənzimlənməsi kimi məsələlərdə, o cümlədən Dağlıq Qarabağ ətrafında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan sonra yaranmış vəziyyətlə bağlı dialoqun dərinləşməsində maraqlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti