...

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında protokol imzalanıb

Siyasət Materials 6 Noyabr 2021 12:08 (UTC +04:00)

Bakı. Trend:

5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti