...

Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 24 May 2022 14:44 (UTC +04:00)
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dövlətinizin gücləndirilməsində, xalqınızın rifah halının yaxşılaşdırılmasında, ölkənizin beynəlxalq aləmdə təşviqində Sizin töhfələriniz olduqca böyükdür. Qardaş Azərbaycanın və onun xalqının Sizin rəhbərliyinizlə bundan sonra da inkişaf etməsini arzulayıram.

Ölkələrimiz arasında mehriban qonşuluğa və ümumi mənəvi ənənələrə söykənən münasibətlər Sizinlə birgə əməkdaşlığımız nəticəsində strateji səviyyəyə yüksəlib və hərtərəfli inkişaf etməkdədir.

Əminəm ki, ölkələrimiz arasında münasibətlər Sizin fəal səylərinizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Qarşılıqlı etimada və hörmətə söykənən şəxsi münasibətlərimizi yüksək dəyərləndirərək, həmin münasibətlərin bundan sonra da davam edəcəyinə əminəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsul vəzifənizdə uğurlar, nəcib təşəbbüslərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti