Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos və BMT Baş Assambleyasının 77-ci prezidenti Ksaba Korosi ilə görüşlər keçirib.
Trend xəbər verir ki, görüş zamanı BMT-nin Baş Katibi cənab Antonio Quterreş ilə “Ümumi Gündəliyimiz: Multilateralizmin yenidən işə salınması” mövzusuna keçirilən Ali-Səviyyəli toplantının nəticələri, Mərkəzin BMT-nın 78ci Baş Assambleyası çərcivəsində təşkil edəcəyi Ali Səviyyəli toplantı və 2024-cü ildə təşkil olunacaq XI Qlobal Bakı Forumu müzakirə edilib.
BMT Baş Assambleyasının prezidenti ilə görüşdə Mərkəzin “Nizami ili” çərçivəsində nəşr etdirdiyi “Qələmin Sehri”- Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar kitabının xüsusi nüsxəsi təqdim edilib.