...

İndiyə qədər 500-ə yaxın ailə azad edilmiş ərazilərə köçürülüb

Siyasət Materials 8 Sentyabr 2023 17:03 (UTC +04:00)
İndiyə qədər 500-ə yaxın ailə azad edilmiş ərazilərə köçürülüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdış çərçivəsində indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 70 ailə (247 nəfər) Füzuli şəhərinə, 20 ailə (88 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki,Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən əhalinin geri qayıdışı davam edəcək.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti