Bakı. Trend:
Əfsuslar olsun ki, Ermənistanın qeyri-ardıcıl, bir-birini inkar edən hərəkətləri nəticəsində sülhlə bağlı irəliləyiş olmur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.
“Ermənistanın dəstəklədiyi qanunsuz rejim, Ermənistanın 10 minə yaxın hərbiçisinin olduğu birləşmələrin torpaqlarımızdan çıxarılmaması, separatizmin təşviqi təhlükə yaradırdı. Azərbaycan öz milli təhlükəsizliyinə təhdid olan təhlükəni aradan qaldırdı. Azərbaycan beynəlxalq və humanitar hüququ gözləyərək lokal antiterror tədbirləri keçirib. Bunu BMT missiyası da təsdiq edib. Bunu həmin vaxt Ermənistan Baş naziri də təsdiq etmişdi. Təəssüf ki, sonradan Ermənistan Baş naziri bunu inkar etdi”, - deyə nazir bildirib.