...

Prezident İlham Əliyev: Füzulidəki Kurmanqazı adına yaradıcılıq mərkəzi gələn il açılacaq

Siyasət Materials 24 Noyabr 2023 15:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Füzulidəki Kurmanqazı adına yaradıcılıq mərkəzi gələn il açılacaq

Bakı. Trend:

Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

“Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm” – dövlət başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti