...

Azərbaycan parlamentinə seçkilər demokratik şəraitdə keçirilib - Efiopiya parlamentinin nümayəndəsi

Siyasət Materials 2 Sentyabr 2024 09:48 (UTC +04:00)
Azərbaycan parlamentinə seçkilər demokratik şəraitdə keçirilib - Efiopiya parlamentinin nümayəndəsi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Müşahidəmiz zamanı seçki məntəqələrində hər şeyin dinc şəraitdə keçdiyinin şahidi olduq.

Trend xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Efiopiya parlamentinin Nümayəndələr Palatasının komitə sədri Evebete Alene Yalev səsləndirib.

“Bizim əsas missiyamız Bakıda həyata keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyası bizə lazımi dəstəyi göstərib. Saat səkkizdən başlayan müşahidələrimiz zamanı məntəqələrdə hər şeyin dinc şəraitdə keçirildiyinin şahidi olduq. Onların fəaliyyətinə müdaxilə edən heç kəs yox idi. Müşahidələrimiz zamanı gördük ki, məntəqələrdəki səlahiyyətli şəxslər öz hüquqlarını yaxşı bilirlər, seçicilərə xoş davranaraq kömək edirlər. Səs verən şəxslər namizədlərini müdaxilə olmadan seçə bilirdilər. Məntəqələrdə hər hansı problem baş vermədi. Seçki dinc şəraitdə, sərbəst, azad və demokratik oldu. Bunu bütün məntəqələrlə bağlı demək mümkündür”, - deyə o əlavə edib.

Efiopiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən Evebete Alene Yalev deyib: “Biz Azərbaycan xalqına və hökumətinə uğurlar, inkişaf arzulayırıq”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti