Bakı. Trend:
25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT Sivilizasiyalar Alyansının Baş katibin müavini və Ali Nümayəndəsi Migel Moratinosla görüşüb.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
Danışıqlar zamanı Azərbaycan-BMT Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq, Azərbaycanın sivilizasiyalararası dialoqdakı rolu, eləcə də Bakı prosesi diqqət mərkəzində olub.