...

PROKUROR "LOTU QULİ"YƏ 18 İL CƏZA TƏLƏB EDİB

Siyasət Materials 27 Sentyabr 2005 14:30 (UTC +04:00)

Sentyabrın 27-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrliyi ilə "Lotu Quli" ləqəbli Nadir Səlifovun, boks üzrə dünya çempionu Fariz Məmmədovun, 23 saylı polis idarəsinin keçmiş rəisi Müşfiq Mədətovun və digər 4 nəfərin cinayət işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib. Trend məlumat verir ki, dövlət ittihamçısı Bəşir Cəfərov çıxış edərək məhkəmədən müttəhimlərə cəza tələb edib.

Prokuror çıxışında bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmə zamanı zərərçəkən və şahid ifadələri ilə tam təsdiqini tapıb. Bunları nəzərə alan prokuror məhkəmədən "Lotu Quli"yə 18, Müşfiq Mədətova 15, Müşfiq Səlifova 14, Fariz Məmmədova 14, İlqar Bədəlova 10, Ərşad Qəhrəmanova 10, Rəhman Əbülhəsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Sentyabrın 30-da isə vəkillərin çıxışı, müttəhimlərinsə son sözlərinin dinlənilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti