...

İki polis zabiti qətlə yetirilib

Siyasət Materials 25 Yanvar 2006 20:23 (UTC +04:00)

Yanvarın 25-də xidmətdə olan Sabunçu raoyn 14-cü polis bölməsinin əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayev saat15 radələrində Nardaran qəsəbəsi ərazisində qətlə yetiriliblər. Bu barədə Trend ə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan məlumat daxil olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Bilgəh qəsəbəsində baş verən hadisə yerindən qayıdan adıçəkilən polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri - əvvəllər məhkum edilən Ramin Həsənov, Həsən Əzimov, İlham Quliyev və başqaları tərəfindən saxlanılıb.

Cinayətkarların açdığı güllədən Rövşən Rəhimov yerində keçinib. İlqar Ağayevin açdığı atəş nəticəsində Ramin Həsənov məhv edilib, Həsən Əzimov və İlham Quliyev isə yaralanıb. Aldığı güllə yarasından İlqar Ağayevin özü də hadisə yerində keçinib.

Hadisə ilə bağlı əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti