...

İsmət Abbasov: "Quş qripi" aşkar olunarsa, müəssisələrdə bütün quşlar məhv ediləcək

Siyasət Materials 3 Mart 2006 14:04 (UTC +04:00)
İsmət Abbasov: "Quş qripi" aşkar olunarsa, müəssisələrdə bütün quşlar məhv ediləcək

"Quş qripi"nein aşkar olunacağı Azərbaycanın müəssisələrində bütün quşlar məhv ediləcək. Trend in verdiyi məlumata görə, bu barədə martın 3-də kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda "quş qripi"nə yalnız Gilğəzi quşhçuluq müəssisəsində rast gəlinib və rpada hazırda bütün müvafiq tədbirlər həyata keçirilir. "Burada ümumilikdə 500 minə yaxın quş məhv edilib", - deyə nazir bildirib.

Broyler müəssisələri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər. Zəruri işlər aparılır, hər gün baytarlıq mütəxəssisləri tərəfindən monitorinqlər keçirilir.

Nazir qeyd edib ki, xəstəliyini ocağının 3 km radiusunda olan bütün quşlar məhv edilir.

Xəstəlik faktlarının digər müəssisələrdə də aşkar olunacağı halda bu barədə əhali dərzhal məlumatlandırılacaq.

Nazir bildirib ki, 2005-ci ildə ölkə büdcəsindən dezinfeksiyaedici vasitələrin alınması üçün 38 mlrd manatlıq vəsait ayrılıb, Azərbaycanda "quş qripi" virusunun qarşısınnı alınması üzrə Dövlət Komissiyasının qərarı ilə Baytarlıq Xidmətinə 2,4 mln AZN ayrılması qərara alınıb və həmin vəsait müvafiq avadanlıqların, avtomaşınların və s. alınmasına xərclənəcək.

Xəbər lenti

Xəbər lenti