...

Abbas Abbasov Ukrayna prezidenti ilə martın 11-də görüşəcək

Siyasət Materials 10 Mart 2006 20:06 (UTC +04:00)
Abbas Abbasov Ukrayna prezidenti ilə martın 11-də görüşəcək

Martın 11-də Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşməyi planlaşdırır. Azərbaycanın baş nazirinin birinci müavini iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının VII iclasına hazırlıq məqsədilə Ukraynada səfərdədir.

Abbas Abbasov eksklyuziv olaraq Trend ə bildirib ki, martın 10-da Kiyevdə Ukrayna hökuməti ilə danışıqlar davam etdirilib: baş nazir Yuri Yexanurov, baş nazirin birinci müavini, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Stanislav Staşevski, eləcə də Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasının katibi Anatoli Kinaxla görüşlər keçirilib.

Onun sözlərinə görə, Ukraynanın baş naziri ilə hər iki ölkə hökumətlərinin qarşılıqlı marağı kimi məsələlər müzakirə edilib, birgə komissiyanın protokoluna baxılıb.

"Bizim ekspertlərə tapşırmalı olduğumuz müəyyən məqamlar vardır ki, onlar araşdırma aparsın və hökumətlərarası komissiyanın həmsədrlərinə məlumat versinlər. Biz Ukraynanın baş naziri ilə hər iki ölkə hökumətini maraqlandıran bir sıra məsələləri qeyd etmişik" -deyə o bildirib.

"Martın 11-də saat 15:00-da mən Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşmək niyyətindəyəm"- deyə Abbas Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti