...

Beş müxalifət partiyasından ibarət yeni Koordinasiya Mərkəzi yaradılır

Siyasət Materials 17 Mart 2006 12:26 (UTC +04:00)

Beş müxalifət partiyasından ibarət yeni Koordinasiya Mərkəzi yaradılır. Bu barədə Trend ə Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasından məlumat verilib.

Qurum Ümid, Tərəqqi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadı, Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP) və Milli Dirçəliş Hərəkatı tərəfindən təsis olunur. Hazırda partiyalar arasında imzalanacaq niyyət protoklu müzakirə edilir.

Bu həftə Müxalifətin Koordinasiya Mərkəzinin yaradılmasını rəsmiləşdirən saziş imzalanması nəzərdə tutulub. Həmin partiyaların sədrləri arasında imzalanacaq sazişdə Qarabağ məsələsinin həlli yönündə birgə fəaliyyət, insan haqlarının qorunması istiqamətində birgə mübarizə, partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı problemlərin həllinə çalışmaq və digər öhdəliklər əksini tapıb.

Xəbər lenti

Xəbər lenti