...

Azərbaycan prezidenti Fransanın "Vinci" şirkətilə əməkdaşlıq məsələlərini müzakirə ediib

Siyasət Materials 24 İyul 2006 20:41 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyulun 24-də "Vinci" qrupunun prezidenti İv-Tibo de Silqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Parisə etdiyi səfər zamanı "Vinci" qrupunun nümayəndələri ilə faydalı müzakirələr aparıb. İ.Əliyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, infrastrukturun təkmilləşdirilməsi üçün böyük planlar var.

İv-Tibo de Silqi deyib ki, bu səfər ölkəmizdə fəaliyyət imkanlarını öyrənmək baxımından əhəmiyyətlidir. Qonaq Azərbaycan iqtisadiyyatının, xüsusilə, infrastrukturun inkişaf etdirilməsində iştirak etməkdə maraqlı olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti