...

Ekspertlər MDB ölkələrinin daxili işlər nazirləri Şurasının növbəti iclasının gündəliyini hazırlayacaq

Siyasət Materials 27 İyul 2006 12:50 (UTC +04:00)

Sentyabrın 15-16-da MDB dövlətlərinin ekspertləri Birlik ölkələrinin daxili işlər nazirləri Şurasının iclasının gündəliyini hazırlayacaq. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Nazirlər Şurasının iclası sentyabrın 28-30-da Astanada keçiriləcək. İclasın gündəliyinə təxminən 15 məsələnin daxil ediləcəyi gözlənilir. MDB hüquq-mühafizə orqanlarının başçıları beynəlxalq terrorçuluq, qanunsuz kimyəvi maddələr, o cümlədən silah alveri və daşınması, insan alveri ilə mübarizə məsələlərini müzakirə edəcək. Gündəliyə, həmçinin, dövlətlərarası sazişlərin bir sıra layihələrinin razılaşdırılması ilə bağlı məsələlər də daxil ediləcək.

İclasda bütün MDB dövlətlərindən, o cümlədən Azərbaycandan da nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti