...

Gəncədə yayımlanan telekanallar ana dilində filmlərin nümayişini təmin edə biləcək

Cəmiyyət Materials 27 Dekabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov/ Gəncədə fəaliyyət göstərən regional telekanal gələn ildən ana dilində filmlərin verilməsini təmin edəcək. "Kəpəz telekanalında 2 aylıq efiri təmin edəcək filmlər dublyaj edilib"- cümə axşamı Trend ə "Kəpəz" Teleradio Şirkətinin rəhbəri Rüfət Əsgərov bildirib.

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə yanvarın 1-dən telekanallarda əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişi qadağan olunacaq.

Əsgərov deyib ki, filmlərin ana dilində verilməsi üçün telekanalda kifayət qədər şərait var. Onun sözlərinə görə, filmlərin dublyajına şəhərin bir neçə aktoyru dəvət olunub. Filmlər TV-nin nəzdində fəaliyyət göstərən "Kəpəz Records" montaj studiyasında dublyaj olunur.

"Kəpəz" TV Azərbaycanda ilk regional televiziyadır. 1992-ci ildən fəaliyyət göstərir. Sutkanın 17 saatını efirdə olur.

Gəncədə fəaliyyət göstərən digər kanalın -- "Alternativ" TV-nin direktoru Elnur Abbasov isə, cümə axşamı Trend ə bildirib ki, telekanalda dublyaj üçün şərait yoxdur. Onun sözlərinə görə, dublyaj olunmuş filmlər paytaxt telekanallarından alınacaq.

"Alternativ" TV respublikanın Qərb və Mərkəzi aran bölgəsinə yayımlanan telekanaldır və 2002-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti