...

Azərbaycan yığması FİFA reytinqində mövqeyni pisləşdirib

Cəmiyyət Materials 13 Fevral 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir Z.Səfarəv/ Futbol üzrə Azərbaycan yığması FİFA-nın növbəti reytinq cədvəlində mövqeyini əhəmiyyətli dərəcədə pisləşdirib.

Yanvar ayının ranq cədvəli ilə müqayisədə, Coko Haciyevskinin yetirmələri altı xal itirərək, topladıqları 250 xalla 122-ci yerdə qərarlaşıblar. Burundi və Solomon adaları yığması da eyni göstəriciyə malik olub və əlifba cədvəlinə müvafiq olaraq, Azərbaycandan sonra qərarlaşıb. Bu göstərici ilə yığma Estoniya, Salvador, Malta, Türkmənistan, Hindistan, Liberiya və digər ölkələri qabaqlayır.

Reytinq üzrə birinci yerdə Argentina, ardınca Braziliya qərarlaşıb. Hazırkı dünya çempionu İtaliya yığması isə ilk üçlüyü qapayır.

Xəbər lenti

Xəbər lenti