...

"Bizdə kontrabasa komik alət kimi baxırlar"-dirijor Teymur Göyçəyev

Cəmiyyət Materials 12 Mart 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /müx. TrendLife Günel Əhmədova/

"Uşaqlardan ibarət Gənc SimfonikOrkestrə rəhbərlik edirəm. Hazırda həmin orkestrlə böyük proqram hazırlayırıq. İstedadlı tələbələrim az deyil, onların gələcəyinə inanıram" - deyən dirijor, xalq artisti Teymur Göyçəyev heç vaxt nə özündən, nə də tələbələrindən razı qalmaq ididasında olmadığını söylədi.

"Elə bir konsert olmayıb ki, mən öz çıxışımdan razı qalım. Mən həmin konsertlərə dəfələrlə qulaq asıram. Özümün eşitmək istədiyim bir səviyyə var və hələ o səviyyədə çıxışım olmayıb".

Qeyd edək ki, bir müddət əvvəl kontrabas, violonçel, nəfəs alətləri üzrə tələbələrin yetişdirilməməsi ilə bağlı problemlər var idi. Hazırda durumun nə yerdə olduğunu öyrəndikdə həmsöhbətim problemin davam etdiyini və bu alətlər üzrə bu gün də tələbələr yetişdirilmədiyini söylədi:

"Bizdə kontrabasa komik alət kimi baxırlar. Mən bir neçə dəfə musiqi məktəblərinin direktorlarına bu məsələ ilə bağlı müraciət etmişəm ki, ilk növbədə bu alətlər üzrə tələbələr yetişdirsinlər. Çünki sabah bununla bağlı ciddi problemlər yaşaya bilərik. Artıq Simfonik Orkestr bu problemlə rastlaşır. Mənim də orkestrimdə violonçellər çatışmır. 10-15 il irəliyə baxmaq, bu alətlərdə ifa edə bilən tələbələr yetişdirmək lazımdır. Bu problemi musiqi məktəbləri həll etməlidir. Sadalanan musiqi alətlərsiz orkestr fəaliyyət göstərə bilməz. Problem həll olunmadığı təqdirdə, Türkiyə kimi biz də digər xarici ölkələrin musiqiçilərinə 2000-3000 manat pul verib buraya gətirmək məcburiyyətində qalacağıq. Türkiyə öz problemini belə həll etdi. Biz Üzeyir Hacıbəyovun yaratdıqlarını itirə bilərik. Vaxtilə Simfonik Orkestrimiz çox güclü idi, çünki burada çox gözəl müəllimlər var idi. Ancaq indi müəllim çatışmazlığı var. Gərək çatışmayan alətlər üzrə mütəxəssislər cəlb olunsun. Bu gün orkestr var, bəs 5 ildən sonra necəolacaq? Bunu düşünmək lazımdır".

Xəbər lenti

Xəbər lenti