...

Azərbaycanın futbol klubu İngiltərədə oynamış futbolçuya görə çox pul xərcləməyəcək – baş menecer

Cəmiyyət Materials 13 İyun 2008 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu İngiltərə Premyer-Liqasında çıxış etmiş makedoniyalı futbolçu Georgi Xristovun transferi üçün elə də çox pul xərcləməyəcək. "Xristov özü karyerasını "Bakı"da davam etdirmək üçün razılıq verib. Biz İngiltərə Premyer-Liqasında oynamış bu futbolçunun keçidi üçün elə də çox pul xərcləməyəcəyik. Azərbaycanın futbol bazarındakı transfer qiymətlərinə uyğun olaraq, bu oyunçunun keçidini həll etməyə çalışacağıq", cümə günü Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov deyib.

Trend -un arayışı: Georgi Xristov İngiltərə Premyer-Liqasında oynayaraq Azərbaycana gələn ilk legioner futbolçu ola bilər. O, uzun illər hazırda "Bakı" klubunun baş məşqçisi olan Qyoko Hacievskinin rəhbərliyi altında Makedoniya yığma komandasında çıxış edib. Futbolçu İngiltərənin "Barnsli" klubu ilə Premyer-Liqada oynayıb və bir neçə qola imza atıb.

Məmmədov bildirib ki, "Bakı" Xristovla yanaşı, Avropadan və Braziliyadan olan futbolçularla da danışıqlar aparır. "Bizə hazırda daha çox hücum və yarımmüdafiə xəttinə oyunçular lazımdır. Bu mövqelərdən başqa son müdafiəçi mövqeyinə də futbolçu axtarırıq" - deyə baş menecer əlavə edib.

"Bakı" klubu futbol üzrə növbəti mövsümün hazırlığına iyunun 25-dən başlayacaq. Komanda hazırlığın ilk mərhələsini Qubada keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti