...

Prokuror Azərbaycanın müxalifətyönümlü qəzetinin jurnalistini bıçaqlayan şəxsə cəza istəyib

Cəmiyyət Materials 14 İyul 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlili bıçaqlamaqda ittiham olunan şəxsə prokuror 2 il iş verilməsini xahiş edib.

Bazar ertəsi Bakının Nəsimi rayon məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və Sergey Strekalinin ona elan olunan ittihamlarda təqsirinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

Prokuror Strekalinə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş edib.

Trend -un Arayışı: "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilov bu il martın 13-də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Aqil Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.

Baş Prokurorluğun yaydığı məlumatda isə jurnalistin qeyri-ənənəvi cinsi orentasiyay malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.

Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə Serqey Strekalin tərəfindən bıçaqlandığı istintaqla sübuta yetirildiyi qeyd olunub.

Sergey Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Jurnalistin "Zeytunlar bağı" adlanan ərazisində döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinə isə xitam verilib.

Aqil Xəlilin vəkili Strekalinin jurnalistin bıçaqlanmasında təqsirli olmadıgını əsas gətirərək ona bəraət verilməsini xahiş edib.

Aqil Xəlil də prokurorun çıxışına etiraz edib və onu bıçzqlayan şəxsin Strekalin olmadığını deyib.

Strekalinin vəkili hüquqlarını müdafiə etdiyi şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın verilməsini xahiş edib.

Məhkəmə sabah hökm elan edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti