...

Azərbaycanda son 6 ayda ətraf mühitə dəymiş ziyanla bağlı 591 iddia qaldırılıb

Cəmiyyət Materials 1 Avqust 2008 11:37 (UTC +04:00)
Azərbaycanda son 6 ayda ətraf mühitə dəymiş ziyanla bağlı 591 iddia qaldırılıb

Azərbaycan, Bakı, 01 avqust/ Trend , müxbir E.Babayev/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən bu ilin 6 ayı ərzində yol verilmiş qanun pozuntularına görə 1877 akt və protokol tərtib edilib. Cümə günü Trend -a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün, müvafiq qanunvericiliyə əsasən, icrası məcburi olan 410 göstəriş verilib. 59 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına, 277 iş Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına, 18 iş İqtisad Məhkəmələrinə, 97 iş Rayon Məhkəmələrinə göndərilib.

Qanun pozuntusuna yol verdiklərinə görə, hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 526 iş üzrə 1184444,48 manat məbləğində cərimə tətbiq edilib, bunun16669,15 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 591 iş üzrə 1191337,8 manat məbləğində iddia qaldırılıb, ondan 60635,88 manatın ödənilməsi təmin edilib. 1411 iş üzrə 222541,92 manat məbləğində ödəmə tətbiq edilib, ondan 123241,48 manatın ödənilməsi təmin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti