Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir R.Ergün/ Noyabrın 19-da Bakıda futbol üzrə Albaniya yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts Albaniya ilə oyunda 22 futbolçunun xidmətindən istifadə edəcək.
Foqtsun bir müddət əvvəl təlim - məşq toplanışına dəvət etdiyi futbolçuların sayı daha çox - 33 nəfər idi.
Albaniya ilə görüşdə Mixail Zaytsev və Tural Cəlilov ilk dəfə əsas yığma komandanın heyətində çıxış edə bilərlər.
Azərbaycan - Albaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00 - da başlayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]