...

Bakıda sürüşmə zonasında yerləşən evlərin inventarizasiyası yekunlaşıb

Cəmiyyət Materials 4 Fevral 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Bakının Səbail rayonu ərazisində Bayıl yamacındakı sürüşmə zolağında yerləşən evlərin inventarizasiya prosesi yekunlaşıb.

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov  çərşənbə günü Trend -a bildirib ki, sürüşmə ərazisindəki üç zonada yerləşən evlərin sökülüb-sökülməyəcəyi ilə bağlı təkliflər hazırlanıb və Bakı Şəhər İcra Hakimiyyətinə və Baş nazirə təqdim olunub.

Trend -un arayışı: Səbail Rayon İcra Hakimiyyətinin, 46 və 58 saylı Mənzil İstismar Sahələrinin nümayəndələrindən ibarət qrup ötən ilin dekabrında ərazidə inventarizasiyaya başlayıb.

Bayıl yamacında 2000-ci il martın 6-dan 7-nə keçən gecə sürüşmə baş verib.

Hadisədən sonra ərazidəki 300-dək ailənin köçürülməsi barədə qərar qəbul edilib.

2003-cü ilədək 140 ailə köçürülüb. Evləri köçürülən sakinlərə kvadrat metrinə verilən kompensassiyanın məbləği bazar qiymətlərinə uyğun olmadığından köçürülmə prosesi dayandırırlıb, məbləğin artırılması ilə bağlı isə Nazirlər Kabinetinə təkliflər verilib.

Kərimov bildirib ki, yanvarın sonunadək davam edən proses zamanı ərazidəki mənzil fondunun vəziyyəti araşdırılıb, evlərin, burada yaşayan əhalinin sayı, evlərin yararlılıq vəziyyəti, sahəsi müəyyən olunub.

İcra hakimiyyətinin rəsmisi verilən təklifləri və inventarizasiyanın nəticələti barədə məlumatı açıqlamayıb.

Kərimov bildirib ki, təkliflər müvafiq qurumlar tərəfindən araşdırılacaq və bu ərazidə yerləşən evlərin köçürülüb-köçürülməməsi ilə bağlı yekun qərar veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti