...

Azərbaycan gimnastı beynəlxalq turnirdə gümüş medal qazanıb

Cəmiyyət Materials 20 Aprel 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir C.Babayeva / 

On iki yaşlı Azərbaycan gimnastı Yekaterina Prokopenko Həştərxanda (Rusiya) baş tutan beynəlxalq turnirdə uğurlu çıxış edib.

Gənc gimnast şəxsi birincilikdə öz yaş qrupunda ikinci yeri tutub.

Mükafat almaq üçün o, kürsüyə rusiyalı gimnast ilə birgə qalxıb. Yarışda ümumilikdə 30 idmançı iştirak edib.

Almaniyada keçirilən turnirdə çıxış edən Azərbaycan akrobatları da gümüş medal qazanıblar. Ayla Əhmədova - Dilarə Sultanova qadın cütlüyü balans təmirinin nəticəsi üzrə ikincilik, sürət üzrə isə birincilik qazanıblar.

Finala çıxan duet qatışıq kombinasiyalar göstərib və yekunda 84.58 bal toplayaraq belaruslu cütlükdən sonra ikinci yeri tutub. Üçüncü yer alman cütlüyünə nəsib olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti