...

Kəhrizək təcridxanasında baş verən hadisələrə bağlı 10 polis saxlanılıb - İranın polis komandiri

Cəmiyyət Materials 30 Sentyabr 2009 13:24 (UTC +04:00)
İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmail Əhmədi Müqəddəm bildirib ki, hazırda Kəhrizək istintaq təcridxanasında baş vermiş hadisələrə bağlı 10 polis əməkdaşı həbs olunub və istintaq davam edir.
Kəhrizək təcridxanasında baş verən hadisələrə bağlı 10 polis saxlanılıb - İranın polis komandiri

İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmail Əhmədi Müqəddəm bildirib ki, hazırda Kəhrizək istintaq təcridxanasında baş vermiş hadisələrə bağlı 10 polis əməkdaşı həbs olunub və istintaq davam edir. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən xəbər verir.

Müqəddəm əlavə edib ki, polisin universitetlərdə yaranmış gərginliklərdə iştirakı olmayıb.

Həbs olunanlar təcridxanaya həddən artıq məhbusun qəbul edilməsi, həbsxanada olan problemlərin yuxarı instansiyalara çatdırılmaması, məhbusların saxlanması və mühafizəsi ilə bağlı verilmiş göstərişlərin yerinə yetirilməməsi, məhbuslara fiziki təzyiq, işgəncə tətbiq edilməsi və təcridxananın fəaliyyətinə nəzarət zamanı səhlənkarlığa yol verilməsində ittiham olunurlar.

Kəhrizək təcridxanası Tehranın yaxınlığında olan Kərəc şəhəri ərazisində yerləşir. İranın Ali lideri Əli Xamneyi iyulun 28-də Kəhrizək təcridxanasının bağlanması barədə qərar verib. BBC-nin həmin gün yaydığı məlumata əsasən, bu təcridxanada prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin bir qismi saxlanılırdı. Xamneyinin qərarı prezidentliyə namizəd Möhsün Rezayinin müavininin oğlu Möhsün Ruhulamini və bir neçə şəxsin həmin təcridxanada naməlum şəraitdə ölümündən sonra verilib.

Xəbər lenti

Xəbər lenti