...

Azərbaycan gənclərinin vətəndaş mövqeyi lazımi səviyyədədir – nazir müavini İntiqam Babayev

Cəmiyyət Materials 2 Fevral 2010 14:46 (UTC +04:00)
2 Fevral 1996-cı ildən Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Trend News bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran işlər barədə şərh verməyi Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevdən xahiş edib.
Azərbaycan gənclərinin vətəndaş mövqeyi lazımi səviyyədədir – nazir müavini İntiqam Babayev

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir M.Əliyev/

2 fevral 1996-cı ildən Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Trend bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran işlər barədə şərh verməyi Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevdən xahiş edib.

- Müasir gənclərin ən mühüm problemi məşğulluq ilə bağlıdır. Gənclər və İdman Nazirliyi bu problemin həll edilməsində nə kimi işlər aparır?

- Məşğulluğun təmin edilməsi dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Gənclər və İdman Nazirliyinin əmək bazarında apardığı araşdırmalara əsasən, sahibkarlar namizədlər arasından işçı seçə bilmirlər. Hazırda işədüzəltmə agentliklərində qeydiyyatda olan sahibkarlarla iş axtaranların sayı üst üstə düşür. Buna görə də ilk növbədə abituriyentlər ixtisas seçərkən müasir əmək bazarının tələblərini nəzərə almalıdır.

Yüksək təhsilin olması ilə Azərbaycanda həmişə fəxr edilib, lakin ölkənin inkişaf etməsi üçün vətəndaşların böyük əksəriyyətinin ali təhsil müəssisələrinin diplomuna malik olması şərt deyil. Hazırda orta-ixtisas məktəblərinin təblini gücləndirmək lazımdır.

Bundan əlavə, psixoloji faktor da vacibdir. Gənclər işin həcmi ilə təklif olunan məvacibin uyğun olmadığını hesab edir, sahibkarlar isə bunun əksinə əmindir. Lakin bu problem yalnız bizim ölkə üçün aktual deyil.

- Nazirlik bu problemlərin həllində konkret nə kimi addımlar atır?

- Gənclər və İdman Nazirliyi zavod və fabrik açmaq imkanlarına malik deyil. Biz gənclərin problemlərinin həlli üçün marifləndirmə işləri apara və treninqlər təşkil edə bilərik.

Əmək bazarının analizi nəticəsində məlum olub ki, kompüter texnologiyaları sahəsində mütəxəssislər çatışmır. Biz "İrəli" İctimai Birliyi ilə birgə "İT Akademiya" layihəsini reallaşdırırıq ki, bu layihə çərçivəsində 50 min gənc iki il ərzində ödənişsiz olaraq kompüter bacarığına yiyələnəcəklər. Bundan əlavə, biz gənclərin vergi siyasətinin əsasları,sahibkarlıq fəaliyyəti üçün vəsaitlərin cəlb olunması, sahibkarlıq əlaqələrinin yaradılması bacarığı və s. əsasında təhsil alması layihəsini dəstəkləyirik.

İşsizliyin əsas səbəblərindən biri də vətəndaşların bazarın müasir tələblərinə uyğunlaşmaq bacarığının olmamasıdır. Bu problemin həlli üçün biz gənclər üçün karyera mərkəzi açmışıq və gələcəkdə bunu şəbəkə etməyi planlaşdırırıq. Mərkəzdə treninqlər keçirilir, biz ixtisas seçiminə dair tövsiyələr veririk. Bu mərkəzin vasitəsilə biz hər il ali təhsil müəssisələrinin məzunları üçün keçirilən əmək yarmarkalarında iştirak edirik. Biz əmək düşərgələri təşkil edirik, burada gənclər qabaqcıl şirkətlərin tələbləri və iş prinsiplərinə əsasən təlimlər keçir, komandada işləməyi öyrənir.

- Bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsinə zərurət varmı?

- Gənclər və İdman Nazirliyi məşğulluq sahəsində normativ-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparır və bizim tərəfimizdən "Azərbaycan gənclərinin effektiv məşğulluqla təmin edilməsinə dair Milli fəaliyyət planı" layihəsi artıq hazırlanıb. Həmin layihənin hazırlanması çoxdan başa çatıb, lakin qlobal maliyyə böhranı ilə əlaqədar olaraq biz müasir tələblərə əsasən işləməli olduq.Yaxın zamanlarda onun geniş müzakirəyə qoyulacağına ümid edirik.

- 2010-cu ildə gənclər təşkilatlari layihələrinin maliyyələşdirilməsi üçün nə qədər həcmdə vəsait ayrılıb?

- Qlobal maliyyə böhranına baxmayaraq, Nazirlik öz büdcəsini tam alır. Hər il gənclər siyasəti sahəsinə dörd milyon manatdan çox vəsait ayrılır. Bu, planlaşdırılan bütün layihələrin həyata keçirilməsinə imkan verir.

Ötən il gənclər təşkilatlarının layihələri kifayət qədər maliyyə dəstəyi alıb. Belə ki, 65 qeyri-hökumət gənclər təşkilatlarının 95 layihəsinin maliyyələşdirilməsinə 1 342 min manat ayrılıb. Bu məbləğə həmçinin müsabiqə əsasında ayrılmış qrantlar, gənclər təşkilatları təşəbbüslərinə dəstək üzrə birgə tədbirlər daxildir.

Cari ildə ayrılacaq vəsaitin həcmini proqnozlaşdırmaq qeyri-mümkündür, belə ki, bu, gənclər təşkilatlarının fəallığından, onların fəaliyyətindən asılıdır. Lakin orta hesabla, bu layihələrə ildə 800 min manat ayrılır və ötən illərdə olduğu kimi bu il də iki müsabiqə elan edəcəyik.

Bundan əlavə "Gənclər siyasəti haqqında" qanuna əsasən, Nazirlik tərəfindən gənclər təşkilatlarına bu və ya digər mövzuya dair xüsusi təkliflərin olması mümkündür.

Qeyd etmək lazımdır ki, Azərbaycan gənclərinin vətəndaş mövqeyi lazımi səviyyədədir. Belə ki, Avropa Şurası tərəfindən gənclərin milli və beynəlxalq fəaliyyətinə maliyyə dəstəyi üçün yaradılan Avropa Gənclər Fondu son üç il ərzində hər şeydən qabaq Azərbaycan gənclər təşkilatlarının layihələrini maliyyələşdirib. Avropa Gənclər Fondu 1 200 min avro həcmində 95 layihəyə pul ayırıb. Bu göstərici onu bildirir ki, bizim gənclər vətəndaş cəmiyyətinin yaradılması prosesində fəal iştirak edir.

- Bu gün bütün dünyada narkomaniya probleminin gəncləşməsi prossesi gedir. Gənclər və İdman Nazirliyi bu problemi necə həll edir?

- Bir çox dövlət strukturları bu problemin aradan qaldırılması üçün cəzalandırma mexanizmindən istifadə etdiyi halda, Gənclər və İdman Nazirliyi bu prosesin qarşısını marifləndirmə işləri ilə almağa cəhd edir. Biz gənclərin sağlamlığı vəsaitlərin verilməsinin, onların inkişafı üçün şərait yaradılmasının, əsudə vaxtlarının düzgün bölüşdürülməsinin tərəfdarıyıq.

Narkomanların müalicəsi vacibdir, lakin gəncləri narkotik istifadəsindən çəkindirmək narkotik istifadəçilərini normal həyata qaytarmaqdan daha ucuzdur. Biz bu ildə bu məqsədlə sosial layihələr həyata keçirəcəyik. Gənclər və İdman Nazirliyi bir neçə ildən bir sosial mövzulara dair müsabiqələr təşkil etməyi qərara alıb.

- Cari ildə gənclər sahəsində nə kimi beynəlxalq tədbirlər gözlənilir?

- Mart-apreldə Azərbaycanda GUAM ölkələrinin gənc liderləri Forumu təşkil olunacaq. Bundan əlavə, il ərzində MDB ölkələri gəncləri ilə iş üzrə Şuranın iclası keçiriləcək. Ümumilikdə, gənclər sahəsində altıya qədər beynəlxalq tədbirin keçiriləcəyi gözlənilir.

Bu ilə nəzərdə tutulan mühüm tədbir Bakıda Avropa Gənclər Forumu iclasının keçirilməsidir. Əgər biz buna nail ola bilsək, bu, çox əhəmiyyətli hadisə olacaq. Qaydaya əsasən Forumun iclası Avropanın ənənəvi şəhərlərində keçirilir.

- Azərbaycanın hazırkı gənclərini Siz özünüz necə qiymətləndirirsiniz?

- Hazırkı gənclər baş verən prosesləri müşahidə etməklə kifayətlənməyərək öz təkliflərini bildirir, öz mövqelərində israr edirlər. Bu, bizim müasir gənclərin maraqlarının təmin edilməsinə yönəlmiş siyasətimizə təkan verir.

Xəbər lenti

Xəbər lenti