...

İslam Konfransı Təşkilatının Parlament Assambleyası ərəb ölkələrinin parlamentlərini Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanımağa çağırıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 Yanvar 2011 15:32 (UTC +04:00)
İslam Konfransı Təşkilatının Parlament Assambelyası 51 ölkənin parlamentlərini Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanımağa çağıran bəyannamə qəbul edib. Bu barədə çərşənbə günü İKT Gənclər Forumundan verilən məlumatda deyilir.
İslam Konfransı Təşkilatının Parlament Assambleyası ərəb ölkələrinin parlamentlərini Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanımağa çağırıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:17-də yayılıb)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir М.Əliyev/

İslam Konfransı Təşkilatının Parlament Assambleyası 51 ölkənin parlamentlərini Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanımağa çağıran qətnamə qəbul edib. Bu barədə çərşənbə günü İKT Gənclər Forumundan verilən məlumatda deyilir.

Qətnamə İslam Konfransı Təşkilatı Parlamet Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında qəbul edilib.

51 ölkənin parlamentariləri tərəfindən qəbul olunan qətnamədə qeyd olunub ki, təşkilat erməni silahlı qüvvələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı həyata keçirdiyi kütləvi qırğını bəşəriyyətə qarşı cinayət hesab edir. Təqdim olunmuş mövcud parlamentlərarası platforma, həmçinin üzv ölkələrə "həmin cinayətə qarşı milli səviyyədə müvafiq qiymət vermək" üçün müraciət edib. Qətnamə fəaliyyəti İKT PA tərəfindən yüksək qiymətləndirilən, Heydər Əliyev Fondunun vitse-prezidenti, İKT GF-nin baş koordinatoru Leyla Əliyevanın təşəbbüs göstərdiyi "Xocalıya ədalət" kampaniyasının bir hissəsidir.

Qətnamə qəbul etmək ideyası Leyla Əliyeva tərəfindən "Xocalıya ədalət" kampaniyasının milli koordinatorları ilə görüşü zamanı verilib və kampaniya fəallarının öz ölkələrinin parlamentləri ilə lobbist işləri nəticəsində uğurla gerçəkləşdirilib.

Sessiyada çıxış edən İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirib ki, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Şuranın işi zamanı deyib ki, daimi əsasda məsləhətləşmələr aparan Şuranın işinin praktiki xarakterini nəzərə alaraq, onun qətnaməsinin Xocalı faciəsinin "bəşəriyyətə qarşı törədilən cinayət" kimi tanınması təkcə İKT-nin bu məsələ ilə bağlı prinsipal mövqeyini təsdiq etmir, həm də faciənin siyasi tanınması prosesini praktiki müstəviyə çıxarır.

Onun sözlərinə görə, İKT-nin Parlament Şurası öz sıralarında bütün dünya parlamentlərinin dörddə birini birləşdirir, mühüm siyasi-hüquqi məzmuna malik belə terminin istifadə edilməsi Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq miqyasda tanınmasında və qətliamın təqsirkarlarının hüquqi məsuliyyətə cəlb edilməsində yeni mərhələ ilə əlamətdar olur.

1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Xocalı şəhərinin 7 minlik əhalisinə qarşı soyqırım aktı törədilib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

"Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyasına 2008-ci il mayın 8-i - Şuşanın işğalı günü Leyla Əliyeva tərəfindən təşəbbüs göstərilib. Hazırda Xocalı faciəsi haqqında həqiqətlərin üzə çıxması və dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi və mənəvi qiymətləndirmənin əldə olunmasına yönəldilən kampaniya dünyanın 30-dan çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.

İKT PA İKT-yə üzv olan 51 ölkənin parlamentarilərini bilrəşdirir və hər il Şura toplantısı və iki ildə bir dəfə Afrika, Asiya, ərəb regionunun müvafiq ölkələrindən birində Konfranslar keçirir.

Xəbər lenti

Xəbər lenti