...

Azərbaycanda tibb işçilərinin əmək haqları artırıla bilər - deputat

Cəmiyyət Materials 12 Aprel 2011 16:18 (UTC +04:00)
May ayında Azərbaycanda 2011-ci ilin dövlət büdcəsi proqnozlarında düzəlişlər çərçivəsində tibb işçilərinin əmək haqlarının artırılması barədə qərar qəbul oluna bilər.
Azərbaycanda tibb işçilərinin əmək haqları artırıla bilər - deputat

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

May ayında Azərbaycanda 2011-ci ilin dövlət büdcəsi proqnozlarında düzəlişlər çərçivəsində tibb işçilərinin əmək haqlarının artırılması barədə qərar qəbul oluna bilər. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, tibb işçilərinin əmək haqları ən azı Azərbaycandakı orta aylıq əmək haqqı ilə bərabərləşdirilməlidir, yəni 350 manata yaxın təşkil etməlidir.

"Özəl tibb müəssisələrində əmək haqları dövlət müəssisələrindəkindən əhəmiyyətli dərəcədə yüksəkdir. Ona görə də, daha ixtisaslaşmış tibb işçiləri özəl tibb müəssisələrini seçirlər və ya başqa ölkələrə köçürlər", - Quliyev deyib.

Deputatın sözlərinə görə, bir neçə il əvvəl dövlət tibb müəssisələrində də ödənişli xidmətlər var idi və həkimlər leqal olaraq qonorar alırdılar. "Lakin hazırda bu yoxdur, digər tərəfdən də korrupsiya ilə mübarizə aparılır. Ona görə də dövlət büdcəsinə yenidən baxılması zamanı həkimlərin əmək haqlarının artırılmasına dair məsələyə baxılması realdır", - Quliyev deyib.

Onun sözlərinə görə, son vaxtlar dövlət tibb müəssisələrində maddi-texniki baza yaxşılaşıb, bundan başqa, kifayət qədər iş təcrübəsi qazanılıb və daha yüksək maaş müqabilində həkimləri orada saxlamaq olar. "Yaxud dövlət klinikalarında ödənişli xidmətləri bərpa etmək olar", - Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti