...

"Azərduz" və "Bizim duz" markaları yod çatışmazlığı problemini aradan qaldırır (FOTO)

Cəmiyyət Materials 14 İyun 2011 17:49 (UTC +04:00)
Ekspertlər mənbəyi, mənşəyi bilinməyən duz istehlak etməkdənsə, ən müasir texnologiyalarla ərsəyə gələn "Azərduz" və "Bizim Duz" məhsullarını tövsiyə edirlər.
"Azərduz" və "Bizim duz" markaları yod çatışmazlığı problemini aradan qaldırır (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Ekspertlər mənbəyi, mənşəyi bilinməyən duz istehlak etməkdənsə, ən müasir texnologiyalarla ərsəyə gələn "Azərduz" və "Bizim Duz" məhsullarını tövsiyə edirlər.

"Duz-çörəyi tapdamaq olmaz" deyib atalarımız. Əsrlər boyu formalaşmış mentalitetimizdə duzun özünəməxsus yeri olub. Amma nə qədər acı olsa da, bu gün bəzi işbazlar bu müqəddəs nemətlə də imitasiya edərək, bazara saxta duz təqdim etməklə məşğuldurlar. Bu yazıda duz bazarında hökm sürən vəziyyət, bundan doğan problemlər haqqında məlumat verəcəyik.

Əvvəlcə onu deyək ki, təəssüf ki, bu gün Azərbaycanda yodlaşdırılmamış, insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilən duzlar satılır. Müasir standartlara cavab verməyən, düzgün şərtlərlə istehsal olunmayan duzların əsas alıcıları da məhz kiçik istehsal müəssisələridir. Çörək istehsalında, qənnadı istehsalında və digər istehsal sahələrinin əksəriyyətində saxta duzlardan istifadə edilir.

Bu günlərdə mətbuata bununla bağlı geniş açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörək sexlərində istehsal olunan duzların 75 faizi, ölkə bazarında satılan duzların isə 50 faizi yodlaşdırılmayıb. Yodlaşdırılmamış duz isə birbaşa xəstəlik, ölüm mənbəyidir. Ekspertin verdiyi açıqlamaya görə, çəkisi 1 kq-lıq qutuda satılan "Mossol" karton qutuda, "Ekstra sol" plastmas qutuda, "Kulina" selofan paketdə alıcılara yodsuz təqdim olunur.

Əslində isə insan sağlamlığı üçün yeganə münbit duz məhz yodlaşdırılmış, müasir standartlara cavab verən duzlardır.

Məlumatlar və araşdırmalar onu göstərir ki, Azərbaycanın demək olar ki, bütün ərazisində yod çatışmazlıqları xəstəlikləri geniş yayılıb. Bu nun nəticəsində insanda gözlə görünən zob xəstəliyi, eyni zamanda, əqli çatışmazlıq, qüsurlu uşağın dünyaya gəlməsi və digər problemlər yaranır . Belə problemlərin əsasında kustar üsullarla işləyən yerli duz sexlərinin yarıtmaz fəliyyəti ön plana çıxır. Əsasən Masazır gölündən yığılan duzun emalında elementar gigiyenik qaydalara əməl etməyən bu tip sexlər istehsal müddəti bitmiş maşınlarla və kustar üsullarla işləyir və duzu yodlaşdırmırlar.

Qeyd edək ki, 1999 - cu ildən YUNİSEF Ü mümdünya t əşkilatı Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə duzun büt öv lüklə yodlaşdırılması yolu ilə yod defisitli pozulmaların ləğv olunması Milli Proqramının həyata keçirilməsi üz ərində fəal işə başlayıb. Ancaq məsələnin köklü həllinə zaman-zaman ehtiyac duyulub. P roblemin birdəfəlik həll olunması məqsədi ilə dövlət proqramına uyğun olaraq və istehlakçıların mütəmadi istəklərini nəzərə alaraq, 2007-ci ildə " Azərsun Holdinq" Azərbaycanda i lk Duz Rafinasiya Zavodunun tikilməsi missiyasını öz üzərinə götürmək barədə qərar verdi. Bu investisiya layihəsi Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış "Azərbaycan İnvestisiya Şirkəti" ilə birgə həyata keçirilib. "Azərsun Holdinq" problemin dərindən öyrənilməsi sahəsində də iri layihələr gerçəkləşdirməyə başladı. Bu layihələrdən biri beynəlxalq duz konfransının təşkili idi. Tanınmış alimlərin və mütəxəssislərin iştirakı ilə keçirilən bu tədbir maarifləndirmə, problemin araşdırılması sahəsində görülən işlərə əlahiddə müsbət təsirini göstərdi. Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində bəlli oldu ki, Masazır duz gölünün mənbəyi kimyəvi tərkibinə görə (agır metal və toksik elementlərin olmaması, radioaktiv fon və s.) mənbələrin içində ən uyğunudur və bu səbəbdən zavodun Masazır gölü ətrafında tikilməsi və bu duz mənbəyindən istifadə olunması qərara alındı.

Masazır gölü Azərbaycan Respublikasının Abşeron rayonun ərazisində, paytaxt Bakıdan 21 km şimal-qərbdə yerləşir. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 kvadratmetrdir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcüddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur.

Azərbaycan əhalisinin illik yodlaşdırılmış duz tələbatının 35-40 min ton olduğunu və respublikamızın yodlaşdırılmış duz ixracat potensialını nəzərə alaraq , zavodun günlük emal gücü 300 tondur. Zavodun texnoloji sxemi ndə Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edilir.

Açıq etiraf etmək lazımdır ki, Azərbaycan bazarında uzun müddət keyfiyyətli duz problemi olsa da, hazırda bu problem aradan qaldırılır.

Artıq 1 ilə yaxındır ki, istifadəyə verilən müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilib, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Zavod nəinki Azərbaycanda, hətta bütün Qafqazda belə ən böyük duz zavodudur.

Həyatımızın təhlükə altına düşməsinə razı olmayaq, mənbəyi və mənşəyi bilinməyən saxta duz istehlak etməkdənsə, ən son texnologiyalarla, müasir tələblərə cavab verən avadanlıqlardan istifadə edilməklə ərsəyə gətirilən Masazır Duz Zavodunun istehsal etdiyi "Azərduz" və "Bizim duz" məhsullarından istifadə etmək daha məqsədəuyğun olardı.

Fərrux Xasayoğlu

Xəbər lenti

Xəbər lenti