Azərbaycanın qədim və tarixi hamamları (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində Azərbaycanın qədim və tarixi hamamları barədə məlumatlar verilir.
Trend-in məlumatına görə, "Bayraməli hamamı" qədimdə Bəy hamamı kimi məşhur olub. XII-XIV əsrlərə aid olan bu hamam 1881-ci ildə bənna Bayraməli tərəfindən yenidən bərpa olunub.
XII-XIV əsrlərə aid olan "Qum hamamı" arxeoloji qazıntılar zamanı aşkar edilib.
Tarixi əhəmiyyət daşıyan memarlıq abidələri bu yerlərin qədim yaşayış məskənlərindən olduğunu təsdiqləyir.